İngiltərə Premyer Liqasının 16-cı turunda “Liverpul” - “Brayton” qarşılaşması tarixi anla yadda qalıb.
Bizim.Media xəbər verir ki, meydan sahiblərinin hücumçusu Uqo Ekitike oyunun start fiti səsləndikdən cəmi 46 saniyə sonra rəqib qapısına qol vurub.
BBC-nin məlumatına görə, bu cari mövsümdə Premyer Liqada vurulan ən sürətli qol kimi qeydə alınıb.
Qeyd edək ki, erkən qol həm də “mersisaydlılar”ın uğursuzluq seriyasına son qoyub. Belə ki, komanda noyabrın 1-dən bəri daxili çempionat matçlarının ilk hissəsində qol vura bilmirdi.
Bizim.Media

- A-
- A
- A+
İdman
20:18 / 13.12.2025
Premyer Liqanın ən sürətli qolunu vurdu
Hazırda oxunan: Premyer Liqanın ən sürətli qolunu vurdu
Hazırda oxunan: Premyer Liqanın ən sürətli qolunu vurdu
585373
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































