Hazırda “Araz-Naxçıvan”ın formasını geyinən Qara Qarayev Nəriman Axundzadəyə dəstəyini ifadə edib.
Bizim.Media xəbər verir ki, bu barədə Qarayev sosial şəbəkə hesabında paylaşım edib.
O, Nəriman Axundzadənin ötən il UEFA Avropa Liqasının pley-off mərhələsində “Braqa”ya vurduğu qolu paylaşıb.
“Bu sevinci yaşadan sən idin, Nəriman! Şübhəsiz son illərin ən istedadlı oyunçusu sənsən!” – deyə Qarayev yazıb.
Qeyd edək ki, Nəriman Axundzadə Çempionla Liqasının son turunda “Qarabağ” – “Ayaks” oyunundakı performansına görə azarkeşlərin tənqid hədəfinə tuş gəlib.
Xatırladaq ki, həmin görüş “Qarabağ”ın 2-4 hesablı məğlubiyyəti ilə başa çatıb.
Bizim.Media

































































































