“Şamaxı”nın sabiq müdafiəçisi, oyun alqı-satqısında ittiham olunan Adil Nağıyev məhkəmə qarşısına çıxarılıb.
Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə o, 5 il azadlıqdan məhrum edilib.
Amma ona 1 il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab olunub.
A.Nağıyev Azərbaycan Premyer Liqası çərçivəsində baş tutan “Şamaxı” – “Kəpəz” və ötən mövsüm Azərbaycan Kubokunun 1/8 finalında keçirilmiş “Zirə” – “Şamaxı” matçlarının nəticəsini manipuliyasiya etməkdə günahlandırılıb.
Həmin oyunlarda o, komandasının məğlubiyyətinə mərc edib. Bunda isə A.Nağıyevə komanda yoldaşı Georgi Kantariya köməklik göstərib.
Bizim.Media






























































































