“İnter” ciddi itkilərlə ÜZLƏŞDİ

“İnter” ciddi itkilərlə ÜZLƏŞDİ

Hazırda oxunan: “İnter” ciddi itkilərlə ÜZLƏŞDİ

585118

İtaliyanın "İnter" klubunun heyətində ciddi itkilər baş verib.

Bizim.Media xəbər verir ki, Milan təmsilçisinin müdafiəçisi Françesko Açerbi və yarımmüdafiəçisi Hakan Çalhanoğlu sıradan çıxıb.

Hər iki futbolçu UEFA çempionlar Liqası Liqa mərhələsinin 6-cı turunun "Liverpul"la oyununda zədələnib.
 

Açerbinin zədəsi ciddidir. İtaliyalı mərkəz müdafiəçisi təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq. Hakan isə həftəsonu A Seriyasında "Cenoa" ilə matçda iştirak etməyəcək.


Türkiyəli yarımmüdafiəçi dekabrın 14-də İtaliya Superkubokunun "Bolonya" görüşündə komandaya kömək edə biləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO