Misli Premyer Liqasının XIV turunda qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılan “Qəbələ” – “Turan Tovuz” oyunu ilə bağlı Peşəkar Futbol Liqasının İdarə Heyətinin iclası keçirilib və oyunun keçirilmə tarixi, eləcə də bununla bağlı digər məsələlərlə əlaqədar müzakirələr aparılıb.
Bizim.Media xəbər verir ki, qış fasiləsinə qədər olan, eləcə də fasilədən sonrakı ilk turun təqvimi tam açıqlandığı, klublar fəaliyyət planını artıq müəyyənləşdirdiyi üçün, eləcə də bununla bağlı digər məqamları və klubların da fikrini diqqətə alaraq PFL İdarə Heyəti aşağıdakı qərarları qəbul edib:
- Əhəmiyyətli hissəsi oynanılmadan yarımçıq dayandırılmış qarşılaşma yeni oyun kimi keçirilsin;
- Oyun 2026-cı ildə baş tutsun;
- Klublar 2026-cı ildə baş tutacaq oyunda sifariş vərəqəsində mövcud olan futbolçulardan istifadə etsinlər;
- 24-cü dəqiqədə dayandırılmış oyun üçün qüvvədə olan cəzalar Misli Premyer Liqasının növbəti oyunlarına şamil edilsin.
Bizim.Media

- A-
- A
- A+
İdman
21:46 / 11.12.2025
“Qəbələ” – “Turan Tovuz” oyunu gələn il KEÇİRİLƏCƏK
Hazırda oxunan: “Qəbələ” – “Turan Tovuz” oyunu gələn il KEÇİRİLƏCƏK
Hazırda oxunan: “Qəbələ” – “Turan Tovuz” oyunu gələn il KEÇİRİLƏCƏK
585090
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































