ÇL-də həftənin ən yaxşı oyunçusu BƏLLİ OLDU

ÇL-də həftənin ən yaxşı oyunçusu BƏLLİ OLDU

Hazırda oxunan: ÇL-də həftənin ən yaxşı oyunçusu BƏLLİ OLDU

585078

UEFA Çempionlar Liqasında 6-cı turun oyunlarından sonra həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.

Bizim.Media xəbər verir ki, “Arsenal” klubunun və İngiltərə millisinin cinah hücumçusu Noni Madueke həftənin ən yaxşı futbolçusu adına layiq görülüb.
 

“Brügge” ilə qarşılaşmada (3:0) dubl edən gənc ulduz səsvermədə Şarl de Ketelare (“Atalanta”), Oskar Qlux (“Ayaks”) və Jül Kundeni (“Barselona”) geridə qoymağı bacarıb.


Belçika təmsilçisi ilə görüşdə cərimə meydançası xaricindən möhtəşəm zərbə və başla vurduğu qollarla yadda qalan Madueke komandasının qələbəsində həlledici rol oynayıb.

Qeyd edək ki, 2025-ci ilin yayında “Çelsi”dən “Arsenal”a transfer olunan futbolçu qısa müddətdə komandaya uyğunlaşaraq əsas oyunçulardan birinə çevrilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO