“Real”ın baş məşqçisi Xabi Alonso Çempionlar Liqasının 6-cı turunda “Mançester Siti”yə 1:2 hesabı ilə məğlub olduqdan sonra istefaya göndərilməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə nüfuzlu İspaniya nəşrləri AS və “Marca” məlumat verir.
Əvvəlki xəbərlərdə “Siti” ilə oyun məğubiyyətlə başa çatarsa, ispan məşqçinin istefaya göndərilə biləcəyi bildirilirdi.
Alonso yayda Madrid komandasına baş məşqçi təyin edilib. Onun rəhbərliyi altında komanda 28 oyun keçirib: 19 qələbə, 4 heç-heçə və 5 məğlubiyyət.
“Real” La Liqada “Barselona”dan dörd xal geridə qalaraq ikinci yerdədir. Çempionlar Liqasında Madrid komandası 12 xalla yeddinci pillədə qərar tutub.
Bizim.Media

- A-
- A
- A+
İdman
17:49 / 11.12.2025
“Real” Alonsonu istefaya GÖNDƏRMƏYƏCƏK
Hazırda oxunan: “Real” Alonsonu istefaya GÖNDƏRMƏYƏCƏK
Hazırda oxunan: “Real” Alonsonu istefaya GÖNDƏRMƏYƏCƏK
585060
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































