“Milan” bu qapıçı üçün danışıqlara BAŞLADI

“Milan” bu qapıçı üçün danışıqlara BAŞLADI

Hazırda oxunan: “Milan” bu qapıçı üçün danışıqlara BAŞLADI

584923

"Liverpul"un qapıçısı Alisson Beker karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, "Milan" braziliyalı qolkiperi transfer etmək istəyir. Bu barədə jurnalist Saşa Tavolieri məlumat yayıb.
 

İtaliya klubu Premyer Liqa nəhəngi ilə müqaviləsi yayda başa çatan Alissonu yanvar ayında transfer etməyi planlaşdırır. "Milan" 33 yaşlı futbolçu üçün artıq Mersisayd təmsilçisi ilə danışıqlara başlayıb.


Qeyd edək ki, "Liverpul" Alisson Bekeri 2018-ci ilin yayında "Roma"dan 72 milyon avroya transfer edib.

İtaliya millisinin üzvü bu mövsüm "qırmızılar"ın heyətində meydana çıxdığı 14 rəsmi matçda 19 qol buraxıb. O, 4 qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacarıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO