“Sumqayıt” - “İmişli” matçında DAVA DÜŞDÜ

“Sumqayıt” - “İmişli” matçında DAVA DÜŞDÜ

Hazırda oxunan: “Sumqayıt” - “İmişli” matçında DAVA DÜŞDÜ

584731

Azərbaycan Premyer Liqasının 14-cü turunun son matçında “Sumqayıt” doğma arenada “İmişli”ni qəbul edib. Mübarizə yüksək temp və sərt oyunla yadda qalıb. Matçın yeganə qolunu vuraraq 1:0 hesabı ilə qalib gələn meydan sahibləri turu 3 xalla başa vurub.

Bizim.Media xəbər verir ki, qarşılaşma tək bununla yadda qalmayıb.

Belə ki, görüşə əlavə edilən vaxtın 90+12-ci dəqiqəsində “İmişli”nin futbolçusu Ronaldo de Souza topu oyuna daxil edərkən “Sumqayıt” texniki zonası ilə qarşıdurma yaranıb.

Texniki heyət, futbolçular və ümumilikdə komandalar arasında gərginlik yaşanıb. Baş hakim Əliyar Ağayev vəziyyətə dərhal müdaxilə edərək tərəfləri ayırıb və bəzi futbolçuları cəzalandırıb.
 

Beləliklə, “İmişli”nin heyətindən Ronaldo de Souza, Luis Silvestri və İbrahim Əliyev sarı vərəqə ilə cəzalandırılıb.


Qeyd edək ki, qonaq komanda qarşılaşmanın 90+8-ci dəqiqəsində hesabı bərabərləşdirmək üçün real imkan əldə etsə də, İbrahim Əliyevin penalti zərbəsi dəqiq olmayıb və “İmişli” vacib qoldan məhrum olub. Gedişatın bu fonda gərginləşdiyi ehtimal olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO