UEFA Çempionlar Liqasının liqa mərhələsinin VI turunda Bakıda “Qarabağ”la qarşılaşacaq “Ayaks” (Niderland) ölkəmizə gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə Amsterdam təmsilçisinin sosial şəbəkə hesablarında məlumat paylaşılıb.
Dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.
Bizim.Media


































































































