"Qarabağ"ın səfər oyununun vaxtı dəyişdirildi - TƏQVİM

Hazırda oxunan: "Qarabağ"ın səfər oyununun vaxtı dəyişdirildi - TƏQVİM

0:00
0:00
58454

Futbol üzrə Azərbaycan Kubokunda ¼ final mərhələsinin cavab oyunlarının təqvimi müəyyənləşib. 

Bizim.Media xəbər verir ki, üç günü əhatə edəcək mərhələnin bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq: 

Azərbaycanı UEFA Konfrans Liqasının pley-off mərhələsində təmsil edəcək “Qarabağ” “Keşlə”yə qarşı səfər oyununun vaxtının bir gün dəyişdirilməsi ilə bağlı Peşəkar Futbol Liqasına (PFL) müraciət edib. 

Yarışların Əsasnaməsini və “Keşlə” klubunun razılıq məktubunu rəhbər tutan PFL “Keşlə”- “Qarabağ” oyununu fevralın 12-dən fevralın 11-nə keçirilib. 

11 fevral (cümə) 

18:00. “Keşlə” – “Qarabağ” 

“ASK Arena” 

12 fevral (şənbə) 

16:00. “Sabah” – “Neftçi” 

“Bank Respublika Arena” 

13 fevral (bazar) 

15:00. “Qəbələ” – “Sumqayıt” 

Qəbələ şəhər stadionu 

18:00. “Səbail” – “Zirə” 

“ASCO Arena”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO