Misli Premyer Liqasında 14-cü turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, bu gün “Sabah” cari mövsümdə işləri qaydasında olmayan “Neftçi” ilə üz-üzə gəlib.
Qarşılaşmanın baş hakimi Rəvan Həmzəzadə olub. Meydan sahibləri paytaxt derbisində inamlı qələbəyə seviniblər.
Misli Premyer Liqası
14-cü tur
8 dekabr
“Sabah” – “Neftçi” 2:0
Qollar: Akim Zedadka, 58. Coy Lens Mikels, 77.
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
“Bank Respublika Arena”, 20:00.
Sabah: 92. Stas Pokatilov (k), 46. Aleksey İsayev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 33. Umarali Rahmonaliyev, 19. Aron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 88. Xəyal Əliyev, 89. Cəfər Muxtarov, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.
Neftçi: 13. Kenan Piriç (k), 15. Elvin Bədəlov, 47. Murad Məmmədov, 45. Vensan Abubakar, 77. Falaye Sako, 6. Sessi D Almeyda, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 9. Bassala Sambu, 11. İmad Faraj.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 8. Emin Mahmudov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 14. Edvin Kuç, 27. Kristian Kostin, 10. Freddi Varqas, 22. Luis Ortis, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Məşqçi: Sənan Qurbanov.
Rəşad Rafiqoğlu, Bizim.Media
































































































