“Qəbələ” – “Turan Tovuz” oyunu nə vaxt keçiriləcək?

“Qəbələ” – “Turan Tovuz” oyunu nə vaxt keçiriləcək?

Hazırda oxunan: “Qəbələ” – “Turan Tovuz” oyunu nə vaxt keçiriləcək?

584532

“Misli Premyer Liqasının XIV turunda keçirilən “Qəbələ” – “Turan Tovuz” oyunu 24-cü dəqiqədə qatı duman səbəbindən dayandırılıb”.

Bizim.Media xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) yaydığı məlumatda belə deyilir.

“Stadionda oyun zamanı görmə məsafəsinin çox aşağı düşməsi, demək olar sıfıra yaxınlaşması səbəbindən matçın davam etdirilməsi mümkün olmayıb.
 

Prosedur qaydalarına uyğun olaraq stadiona yenidən baxış keçirilsə də, hava şəraiti oyunun bu gün davam etdirilməsinə imkan verməyib.


Qarşılaşmanın nə vaxt keçiriləcəyi barədə əlavə məlumat Peşəkar Futbol Liqasının rəsmi saytında və sosial media hesablarında veriləcək”, - məlumatda qeyd olunur.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO