"Liverpul" baş məşqçi Arne Slotu tənqid edən və ayrılıqla bağlı açıqlamalar verən Məhəmməd Salahı cəzalandırıb.
Bizim.Media xəbər verir ki, misirli vinger UEFA Çempionlar Liqası Liqa mərhələsinin 6-cı turunun "İnter"lə səfər matçının heyətinə daxil edilməyib. Bu barədə yerli mətbuat məlumat yayıb.
Salah klub rəhbərliyi və baş məşqçinin ortaq qərarı ilə heyətdən kənarda saxlanılıb. 33 yaşlı futbolçu İtaliya səfərində meydana çıxmayacaq.
Qeyd edək ki, Məhəmməd Salah Premyer Liqanın 15-ci turunun "Lids Yunayted"lə oyunundan (3:3) sonra son zamanlar əsas heyətdə oynamadığı üçün Arne Slotu tənqid edib.
O, həmçinin 13 dekabr tarixində "Brayto"la görüşün onun üçün "Elfild Roud"da sonuncu oyun ola biləcəyini deyib.
Rəşad Rafiqoğlu, Bizim.Media





























































































