“Real”ın müdafiəçisi 4 aylıq sıradan çıxdı

“Real”ın müdafiəçisi 4 aylıq sıradan çıxdı

Hazırda oxunan: “Real”ın müdafiəçisi 4 aylıq sıradan çıxdı

584520

İspaniyanın "Real" klubunun heyətində ciddi itki baş verib.

Bizim.Media xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Eder Militao sıradan çıxıb.
 

Braziliyalı futbolçu La Liqanın 16-cı turunun "Selta" ilə oyununda (0:2) zədələnib. Sol ayaq əzələsində zədə aşkarlanan 27 yaşlı mərkəz müdafiəçisi 4 ay yaşıl meydanlardan uzaq qalacaq.


Qeyd edək ki, "Real" Eder Militaonu 2019-cu ilin yayında "Portu"dan 50 milyon avroya transfer edib. Braziliya millisinin üzvü bu mövsüm "kral klubu"nun heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO