Ukraynalı məşqçinin “Neftçi”də alacağı maaş bəlli oldu

Ukraynalı məşqçinin “Neftçi”də alacağı maaş bəlli oldu

Hazırda oxunan: Ukraynalı məşqçinin “Neftçi”də alacağı maaş bəlli oldu

584515

Ukraynalı məşqçi Yuri Vernidub uzun sürən danışıqlardan sonra “Neftçi” ilə əməkdaşlıq barədə yekun razılığa gəlib.

Bizim.Media Ukrayna mətbuatına istinadən xəbər verir ki, tərəflər əvvəl müzakirə olunan qısamüddətli variant əvəzinə 1 il yarımlıq müqavilə imzalamağa dair razılığa gəliblər.

Mənbələrin məlumatına əsasən, Y. Vernidubun Bakıda maaşı aylıq təxminən 50 min dollar olacaq. Bu rəqəm ukraynalı mütəxəssisi Azərbaycan Premyer Liqasının ən yüksək maaş alan məşqçilərindən birinə çevirir.
 

Xatırladaq ki, hərbi vəziyyət səbəbindən Ukraynada 60 yaşı tamam olmadan kişilərin ölkəni tərk etməsinə məhdudiyyət var.


Vernidub bu yaşa 2026-cı il yanvarın 22-də çatacaq. Lakin bir sıra KİV-in məlumatına görə, o, Ukraynadan çıxmaq üçün xüsusi icazə alıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO