“Qalatasaray” Fransaya ciddi itkilərlə YOLLANIR

“Qalatasaray” Fransaya ciddi itkilərlə YOLLANIR

Hazırda oxunan: “Qalatasaray” Fransaya ciddi itkilərlə YOLLANIR

584491

“Qalatasaray” klubu UEFA Çempionlar Liqasının liqa mərhələsinin 6-cı turunda Fransada “Monako”nun qonağı olacaq.

Bizim.Media xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, “sarı-qırmızılar” bu vacib qarşılaşmaya ciddi itkilərlə yollanır.
 

Klubun baş həkimi Yener İnce zədə səbəbindən üç futbolçunun heyətdə yer almayacağını açıqlayıb. Həkim Mario Lemina, Kaan Ayhan və Vilfrid Sinqonun Fransa səfərinə aparılmayacağını dəqiqləşdirib. O, sıx oyun qrafikinin futbolçuların sağlamlığına mənfi təsir etdiyini vurğulayıb.


Bundan əlavə, Kazımcan Karataşın adı UEFA siyahısında olmadığı üçün o da matçı buraxacaq. İsmayıl Yakobsun durumu ilə bağlı isə texniki heyətlə birgə qərar veriləcəyi bildirilib.

Qeyd edək ki, qarşılaşma 10 dekabrda baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO