“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı növbəti rəqibi “Ayaks” ciddi itki ilə üzləşib.
Bizim.Media xəbər verir ki, komandanın bombardiri Vaut Veqhorst Erediviziyanın 15-ci turunda “Fortuna”yla matçda (3:1) topuğundan zədə alıb.
Niderland millisinin üzvü oyunu davam etdirə bilməyərək 28-ci dəqiqədə əvəzlənib. Futbolçunun son durumu barədə məlumat verilməsə də, onun Bakıdakı oyunda iştirakı sual altındadır.
ÇL-in 6-cı turunda baş tutacaq “Qarabağ” – “Ayaks” matçı 10 dekabrda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq. (fanat.az)
Bizim.Media

































































































