Türkiyə 2-ci liqa təmsilçilərinin qarşılaşmasında nadir futbol hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, 2-ci liqanın 14-cü turu çərçivəsində nəzərdə tutulan “Yeni Malatyaspor” – “İsparta 32 Spor” matçı başlamadan təxirə
salınıb.
Buna səbəb meydan sahiblərinin heyətə kifayət qədər oyunçu toplaya bilməməsi olub.
Belə ki, Türkiyə Futbol Federasiyasının mərc oyunları ilə bağlı apardığı istintaq çərçivəsində "Yeni Malatyaspor"un 7 futbolçusu cəzalandırılıb. Zədəli oyunçuların da olması səbəbindən komanda meydana cəmi 7 nəfərlə çıxmaq məcburiyyətində qalıb.
Klubun idman direktoru Sinan Alkış hakimlə görüşərək oyuna başlamaq üçün lazım olan 11 nəfərlik heyəti qura bilmədiklərini bildirib. Bundan sonra hakim matçın oynanılmayacağını elan edərək qarşılaşmanı ləğv edib.
Bizim.Media

- A-
- A
- A+
İdman
07:30 / 07.12.2025
Mərc qalmaqalı səbəbindən matç TƏXİRƏ SALINDI
Hazırda oxunan: Mərc qalmaqalı səbəbindən matç TƏXİRƏ SALINDI
Hazırda oxunan: Mərc qalmaqalı səbəbindən matç TƏXİRƏ SALINDI
584213
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































