“Real” bu futbolçunun transferindən İMTİNA ETDİ

“Real” bu futbolçunun transferindən İMTİNA ETDİ

Hazırda oxunan: “Real” bu futbolçunun transferindən İMTİNA ETDİ

584185

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri artıq Madrid “Real”ının transfer hədəfində deyil.

Bizim.Media xəbər verir ki, bu barədə “El Nacional” xəbər verir.

Məlumatda qeyd olunur ki, “Kral klubu” 29 yaşlı ispaniyalı futbolçunun transferi ilə bağlı
ideyadan imtina edib.

Məlumata görə, bu qərar bir neçə əsas faktordan qaynaqlanır. Rodrinin yüksək transfer dəyəri, yaşı və tez-tez yaşadığı sağlamlıq problemləri “Real”ın rəhbərliyini geri addım atmağa vadar edib.

Məlumatda həmçinin bildirilir ki, ispaniyalı yarımmüdafiəçi ötən ilin sentyabrında aldığı çarpaz bağların qopması zədəsindən hələ də tam şəkildə sağalmayıb və optimal fiziki formasını bərpa edə bilmir. Bu isə onun çıxışlarının sabitliyinə mənfi təsir göstərir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO