“Beşiktaş” “Çelsi”nin futbolçusunu transfer etmək istəyir

“Beşiktaş” “Çelsi”nin futbolçusunu transfer etmək istəyir

Hazırda oxunan: “Beşiktaş” “Çelsi”nin futbolçusunu transfer etmək istəyir

584178

"Beşiktaş"da qış transfer pəncərəsi üçün hazırlıqlar rəsmi olaraq başlayıb.

Bizim.Media xəbər verir ki, futbol A komandasının koordinatoru Serkan Reçber siyahıda yer alan futbolçularla bağlı danışıqlar aparmaq üçün xaricə yollanıb.

"Qara-ağlılar" ediləcək transferlərdə sol cinah müdafiəçisi, mərkəz müdafiəçisi və yarımmüdafiə xəttinə üstünlük verəcək. “Ağ-qaralar”ın mərkəz müdafiəçisi namizədləri arasında “Çelsi”nin
oyunçusu Aksel Disasi də yer alır.

Yay transfer dönəmində də "Beşiktaş"ın gündəmində olan Disasi “Çelsi”də kifayət qədər şans əldə etmədiyi üçün komandadan ayrılmaq istəyir.

“Çelsi”nin heyətində 61 matça çıxan 27 yaşlı müdafiəçi 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Fransalı futbolçunun müqaviləsi 2029-cu ildə başa çatır.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO