"İnter Mayami"nin futbolçusu Jordi Alba bu gün karyerasının son oyununa çıxacaq.
Bizim.Media xəbər verir ki, 36 yaşlı müdafiəçi öz açıqlamasında belə bildirib.
O, MLS kubokunun "Vankover Vaytkaps" ilə final oyununun onun üçün sonuncu matç olacağını söyləyib:
"Final mənim üçün xüsusi olacaq. Çünki bu, mənim son matçımdır. Komanda və azarkeşlərimizlə birlikdə bu anın dadını çıxarmaq istəyirəm. Vidalaşmağın ən yaxşı yolu qələbə qazanmaqdır".
Qeyd edək ki, sözügedən görüş bu gün Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
18:09 / 06.12.2025
Alba karyerasının sonuncu oyununa çıxır
Hazırda oxunan: Alba karyerasının sonuncu oyununa çıxır
Hazırda oxunan: Alba karyerasının sonuncu oyununa çıxır
584175
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































