Elnur Məmmədli bu kluba azarkeşlik edir – ÖZƏL AÇIQLAMA

Elnur Məmmədli bu kluba azarkeşlik edir – ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: Elnur Məmmədli bu kluba azarkeşlik edir – ÖZƏL AÇIQLAMA

584032

“Azərbaycanda “Qarabağ” klubuna azarkeşlik edirəm. Çünki onlar Azərbaycanı dünyada tanıdır”.  

Bu sözləri Bizim.Media-ya açıqlamasında olimpiya çempionumuz Elnur Məmmədli deyib.

Hazırda Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti kimi fəaliyyət göstərən keçmiş idmançı Ağdam klubunun uğurlarına diqqət çəkib:
 

“Əslində mən istəməzdim, klublarımız arasında fərq qoyum. “Neftçi” və digər klublarımız da mənim üçün əzizdir. Ancaq “Qarabağ”ı fərqləndirirəm. Çünki onlar yaxşı oynayır və xüsusilə beynəlxalq oyunlarda ölkəmizi uğurla təmsil edirlər. Bu gün “Qarabağ” dünyanın ən güclü klubları ilə başa-baş mübarizə aparır. Ona görə də mən “Qarabağ”a azarkeşlik edirəm”.


Qeyd edək ki, Elnur Məmmədli 2008-ci il Yay Olimpiya Oyunlarının qızıl medalçısı, o cümlədən ikiqat Avropa çempionudur. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO