Bu gün Dünya Çempionatının püşkatması keçiriləcək – SƏBƏTLƏR

Bu gün Dünya Çempionatının püşkatması keçiriləcək – SƏBƏTLƏR

Hazırda oxunan: Bu gün Dünya Çempionatının püşkatması keçiriləcək – SƏBƏTLƏR

584005

Bu gün 2026-cı ildə ABŞ, Kanada və Meksikada təşkil olunacaq növbəti Dünya Çempionatının püşkatma mərasimi keçiriləcək. 

Bizim.Media xəbər verir ki, tədbir ABŞ-ın paytaxtı Vaşinqtondakı “Kennedi Senter”də olacaq. Mərasim Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

DÇ-2026-da tarixdə ilk dəfə 48 komanda mübarizə aparacaq.

Püşkatmanın səbətləri aşağıdakı kimidir:

1-ci səbət: Kanada, Meksika, ABŞ, İspaniya, Argentina, Fransa, İngiltərə, Braziliya, Portuqaliya, Niderland, Belçika, Almaniya.

2-ci səbət: Xorvatiya, Mərakeş, Kolumbiya, Uruqvay, İsveçrə, Yaponiya, Seneqal, İran, Koreya Respublikası, Ekvador, Avstriya, Avstraliya.

3-cü səbət: Norveç, Panama, Misir, Əlcəzair, Şotlandiya, Paraqvay, Tunis, Fil Dişi Sahili, Özbəkistan, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Afrika.

4-cü səbət: İordaniya, Kabо-Verde, Qana, Kurasaо, Haiti, Yeni Zelandiya, Avropa pley-off oyunlarının qalibləri (4 komanda) və FIFA pley-off qalibləri (2 komanda).

Qeyd edək ki, 2026-cı il Dünya Çempionatı 11 iyun – 19 iyul tarixlərində keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO