Messi Finalissimada oynayacaq?

Messi Finalissimada oynayacaq?

Hazırda oxunan: Messi Finalissimada oynayacaq?

583926

Argentina millisinin kapitanı Lionel Messi 2026-cı ildə keçiriləcəyi gözlənilən İspaniya yığmasına qarşı Finalissimada iştirak edib-etməyəcəyi ilə bağlı danışıb.

Bizim.Media xəbər verir ki, 38 yaşlı hücumçu turnirdə oynama ehtimalının yüksək olmadığını bildirib:

“Xeyr, açığı, iştirak etməyim gözlənilmir. Hətta onun keçirilib-keçirilməyəcəyi də bəlli deyil. Hələ federasiyaların özləri də bilmirlər ki, oyun olacaq, ya yox”.

Ulduz futbolçu həmçinin millinin mövsümün ortasında keçiriləcək hazırlığının ona müsbət təsir edəcəyini deyib:

“Bu, sanki mövsümə yenidən, sıfırdan başlamaq kimidir və mövsümün ortasındakı hazırlıq mənə çox kömək edəcək. Avropada oynayan futbolçular mövsümün sonuna daim çox yüklənmiş şəkildə gəlirlər. Qətərdəki dünya çempionatı istisna idi – mövsümün ortasında keçirildiyi üçün hamı özünü daha yaxşı hiss edirdi, çünki daha az yorğunluq var idi. Məncə, bu dəfə də eynisi olacaq”.
 

Qeyd edək ki, İspaniya və Argentina arasındakı Finalissima oyununun 2026-cı ilin martın 28-də təşkili nəzərdə tutulur.  Məlumata görə, FİFA bu oyunun “Lusail Iconic” stadionunda keçirilməsini istəyir.


Digər variantlar isə Mayami və Ər-Riyad stadionlarıdır. Finalissima oyununun keçiriləcəyi yer haqqında son qərarın yaxın vaxtlarda açıqlanacağı gözlənilir. Finallisimada son Avropa və Amerika kubokunun qalibləri qarşılaşır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO