"Flamenqo"nun hücumçusu Juninyo Braziliyada klubunu dəyişməyə yaxındır.
Bizim.Media xəbər verir ki, Braziliya mətbuatına istinadən xəbər verir ki, qış “transfer pəncərəsi” zamanı “Qarabağ”a geri qayıdacağı gözlənilən forvard ölkəsində qalmağa yaxındır.
O, “Bahia” ilə danışıqlar aparır. Bu klub başa çatan mövsüm Braziliya A seriyasını 6-cı pillədə başa vurub.
“Bahia”nı Braziliya futbolunun əfsanələrindən hesab edilən veteran qolkiper Rojeri Seni çalışdırır.
Rəşad Rafiqoğlu, Bizim.Media
































































































