UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Qarabağ" - "Ayaks" (Niderland) oyununun biletləri satışa çıxıb.
Bizim.Media xəbər verir ki, satışa bu gün saat 15:00-da start verilib.
Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün 1000 manatdır.
Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.
Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.
Bizim.Media

- A-
- A
- A+
İdman
15:19 / 04.12.2025
Çempionlar Liqası: "Qarabağ" - "Ayaks" oyununun biletləri satışa çıxarıldı
Hazırda oxunan: Çempionlar Liqası: "Qarabağ" - "Ayaks" oyununun biletləri satışa çıxarıldı
Hazırda oxunan: Çempionlar Liqası: "Qarabağ" - "Ayaks" oyununun biletləri satışa çıxarıldı
583833
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































