"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov cəzalandırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Mütəxəssis Misli Premyer Liqasının XIII turunda baş tutan "Şamaxı" – "Sumqayıt" oyununun 88-ci dəqiqəsində rəqib komandanın texniki zonasına aqressiv şəkildə daxil olduğuna görə cəzalandırılıb. Baş məşqçi 1 oyunluq diskvalifikasiya edilib, "Şamaxı" isə 2000 manat cərimələnib.
30.11.2025-ci il tarixində Misli Premyer Liqasında XIII turun "Şamaxı" – "Sumqayıt" oyununda "Sumqayıt" komandasında 5 nəfər sarı vərəqə aldığı üçün "Sumqayıt" komandası 700 manat cərimə edilsin (maddə 43.1);
30.11.2025-ci il tarixində Misli Premyer Liqasında XIII turun "Şamaxı" – "Sumqayıt" oyununun 88-ci dəqiqəsində "Sumqayıt" komandasının baş məşqçisi Saşa İliç rəqib komandanın texniki zonasına qeyri etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə ilə cəzalandığı üçün 4 oyun oyuna buraxılmasın, "Sumqayıt" komandası 10000 manat cərimə edilsin (maddə 52.4);
29.11.2025-ci il tarixində Misli Premyer Liqasında XIII turun "İmişli" – "Sabah" oyununda "İmişli" komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə "İmişli" komandası 3000 manat cərimə edilsin (maddə 86.3);
30.11.2025-ci il tarixində Misli Premyer Liqasında XIII turun "Qəbələ" – "Araz-Naxçıvan" oyununun 90+4-cü dəqiqəsində "Qəbələ" komandasının 28 nömrəli futbolçusu Murad Musayev ikici sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, "Qəbələ" komandası 500 manat cərimə edilsin (maddə 17.5, 17.7);
Bizim.Media

- A-
- A
- A+
İdman
14:02 / 04.12.2025
AFFA “Şamaxı” və “Sumqayıt”ın baş məşqçilərini CƏZALANDIRILDI - VİDEO
Hazırda oxunan: AFFA “Şamaxı” və “Sumqayıt”ın baş məşqçilərini CƏZALANDIRILDI - VİDEO
Hazırda oxunan: AFFA “Şamaxı” və “Sumqayıt”ın baş məşqçilərini CƏZALANDIRILDI - VİDEO
583813
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































