“Neftçi”nin baş məşqçisi vəzifəsinə daha bir NAMİZƏD

“Neftçi”nin baş məşqçisi vəzifəsinə daha bir NAMİZƏD

Hazırda oxunan: “Neftçi”nin baş məşqçisi vəzifəsinə daha bir NAMİZƏD

583570

“Neftçi”nin baş məşqçisi vəzifəsinə daha bir namizəd müəyyənləşib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın “Sport-Ekspress” nəşri məlumat yayıb.

Belə ki, “ağ-qaralar”ın belaruslu mütəxəssis Viktor Qonçarenkonu komandaya gətirmək imkanını dəyərləndirdiyi bildirilir.

Vətənində BATE, Rusiyada isə bir sıra klublarda baş məşqçi kimi fəaliyyət göstərmiş Qonçarenkonun son iş yeri Rusiyanın "Pari NN" klubu olub.
 

Xatırladaq ki, bundan öncə "Neftçi"nin ukraynalı mütəxəssis Yuri Vernidubla danışıqlar apardığı məlumatları yayılmışdı.


Qeyd edək ki, Samir Abasovla yollarını ayıran "Neftçi"ni hazırda müvəqqəti olaraq Sənan Qurbanov çalışdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO