"Bu, komandamıza yaraşan bir hərəkət deyil" - Rəşad Sadıqov

"Bu, komandamıza yaraşan bir hərəkət deyil" - Rəşad Sadıqov

Hazırda oxunan: "Bu, komandamıza yaraşan bir hərəkət deyil" - Rəşad Sadıqov

583564

“Püşkdən sonra ən maraqla gözlənilən oyun idi. Hər iki komanda gözləntilərin qarşılığını verdi”.

Bizim.Media xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Neftçi" üzərində qazanılan 1:0 hesablı qələbəni şərh edərkən deyib.

Mütəxəssis matçın 75-80 dəqiqə bərabər səviyyədə keçdiyini, lakin sonradan üstünlüyü ələ aldıqlarını vurğulayıb:

“Oyundan həzz alırdım. Çalışırdıq ki, iş penaltilərə qalmasın. Şükürlər olsun ki, əlavə vaxtda önəmli qol vurduq. Rəhbərliyi, azarkeşləri, futbolçuları təbrik edirəm. Ailə olaraq qələbə qazandıq”.

Rəşad Sadıqov İssa Cibrillanın əvəzlənməsini taktikadan çox oyunçunun sağlamlığı ilə əlaqələndirib.

O, qələbə qolunu vuran Junior Martinsin rəqib azarkeşlərə qarşı etdiyi qeyri-etik hərəkətə də sərt reaksiya verib:

“Görmədim. Edibsə, səhv edib. Nə komandamıza, nə mənə, nə də özünə yaraşan hərəkət deyil. Rəqib futbolçuları, azarkeşləri qıcıqlandırmaq doğru deyil. Mütləq şəkildə bu barədə tədbir görəcəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO