Arda Turan rəqib məşqçiyə hücum çəkdi: “Peşman deyiləm” – VİDEO

Arda Turan rəqib məşqçiyə hücum çəkdi: “Peşman deyiləm” – VİDEO

Hazırda oxunan: Arda Turan rəqib məşqçiyə hücum çəkdi: “Peşman deyiləm” – VİDEO

583459

Ukrayna Premyer Liqasının 14-cü turunda keçirilən “Şaxtyor” (Donetsk) “Krivbas”la (2:2) oyununda qalmaqal yaşanıb.

Bizim.Media xəbər verir ki, donetsklilərin türkiyəli baş məşqçisi Arda Turan qarşılaşmanın 47-ci dəqiqəsində rəqib çalışdırıcı Patrik van Leuvenə əsəbiləşib.

Arda əsəblərinə hakim ola bilməyərək onun üzərinə hücum çəkib.

Klub əməkdaşları onu sakitləşdirə bilib.

Türkiyəli məşqçi oyundan sonra baş verənlərə belə aydınlıq gətirib: “Bəzi şeylər var ki, onlar olmamalıdır. Ailə və yaxınlarla bağlı deyilən bütün ifadələr yersizdir. Bunu heç kəs oyun zamanı emosiyalı olsa belə, dilə gətirməməlidir. Reaksiyam çox sərt idi. Amma bundan peşman deyiləm”. (Qafqazinfo.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO