"Flik dedi ki, mükafatlandırma mərasimində də siqaret çəkə bilərsən"

"Flik dedi ki, mükafatlandırma mərasimində də siqaret çəkə bilərsən"

Hazırda oxunan: "Flik dedi ki, mükafatlandırma mərasimində də siqaret çəkə bilərsən"

583384

"Barselona"nın qapıçısı Voyçex Şensnı Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flikin ona siqaret çəkməyə necə icazə verdiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, o, bu barədə sport.es-ə danışıb:

"Məşqçi ilə bu yaxınlarda saunada idik və ondan siqaret çəkməyimlə bağlı nə düşündüyünü soruşdum. Cavab verdi ki, vacib olan meydanda nə etməyimdir. Dedi ki, əgər super peşəkarsansa, hətta mükafatlandırma mərasimi zamanı da siqaret çəkə bilərsən".
 

Polşalı qolkiper 2015-ci ildə "Arsenal"da oynayarkən siqaret çəkdiyinə görə baş məşqçi Arsen Venger onu start heyətindən kənarlaşdırıb və qapıçı tezliklə "Roma"ya icarəyə göndərilib.


Xatırladaq ki, Şensnı 2024-cü ilin avqustunda karyerasını başa vurub. Lakin oktyabr ayında karyerasına davam edərək Kataloniya klubuna qoşulub. O, bu mövsüm 9 oyun keçirib və 17 qol buraxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO