Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçirilib.
Bizim.Media xəbər verir ki, "Fənərbağça" öz meydanında əzəli rəqibi "Qalatasaray"ı qəbul edib.
14-cü turun qarşılaşması 1:1 hesabı ilə başa çatıb. Hesabı 27-ci dəqiqədə qonaqların futbolçusu Leroy Sane açıb. Meydan sahibləri isə 90+5-ci dəqiqədə Con Duranın qolu ilə məğlubiyyətdən qaçıb.
Bu nəticədən sonra "Qalatasaray" 33 xalla liderdir. Rəqibindən bir xal az toplayan "Fənərbağça" isə 2-ci pillədə qərarlaşıb.
Bizim.Media


























































































