“Yuventus”da ŞOK İTKİ

“Yuventus”da ŞOK İTKİ

Hazırda oxunan: “Yuventus”da ŞOK İTKİ

583372

İtaliyanın "Yuventus" klubunun heyətində ciddi itki baş verib.

Bizim.Media xəbər verir ki, "ağ-qaralar"ın hücumçusu Duşan Vlahoviç sıradan çıxıb.
 

Serbiyalı futbolçu A Seriyasının 13-cü turunun "Kalyari" ilə matçında (2:1) ayaq əzələsindən zədə alıb. Vlahoviçin zədəsi ciddidir. 25 yaşlı forvard təxminən 3 ay yaşıl meydanlardan uzaq qalacaq.


Qeyd edək ki, Duşan Vlahoviç bu mövsüm "Yuventus"un heyətində meydana çıxdığı 20 rəsmi matçda 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Turin təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatır.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO