Millimizin hücumçusu zədəsini SAĞALTDI

Millimizin hücumçusu zədəsini SAĞALTDI

Hazırda oxunan: Millimizin hücumçusu zədəsini SAĞALTDI

583369

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun komandası “Motor” bu gün Polşa çempionatının 17-ci turunda “Legiya”nı qəbul edəcək.

Bizim.Media xəbər verir ki, qarşılaşma öncəsi Lublin klubunda zədəli futbolçuların sıraya dönməsi sevinclə qarşılanıb.
 

Baş məşqçi Mateuş Stolarski müdafiəçi Arkadiuş Nayemski və hücumçu Renat Dadaşovun artıq sıraya döndüklərini bildirib. Hər iki futbolçu zədə səbəbindən “Krakoviya” ilə keçirilən ötən tur matçını buraxmışdı.


Ötən həftəiçi kollektivlə məşqlərə qatılan Nayemski və Dadaşovun bugünkü oyuna hazır olduğu açıqlanıb.

Qeyd edək ki, hazırda “Motor” 19 xalla 13-cü, “Legiya” isə 18 xalla 14-cü pillədə qərarlaşır.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO