Millimizin baş məşqçisi Banqladeşlə oyundan DANIŞDI

Millimizin baş məşqçisi Banqladeşlə oyundan DANIŞDI

Hazırda oxunan: Millimizin baş məşqçisi Banqladeşlə oyundan DANIŞDI

583352

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov "FIFA Tri Nations Womens Football Series 2025" turnirində Banqladeş yığması ilə keçiriləcək oyunöncəsi fikirlərini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

“Banqladeşdə olmaqdan çox məmnunuq. Sabahkı rəqibimizin Malayziya ilə ilk oyununu izləmişdik. Fikrimcə, Banqladeş yığması daha yaxşı çıxış etmişdi. Əllərinə düşən şansları dəyərləndirə bilsəydilər, ən azı heç-heçə edərdilər.
 

Banqladeşlə Malayziya komandalarının oyun planı, demək olar ki, eynidir. Banqladeş millisinin üstün və zəif cəhətlərini bilirik. Hücum xəttində sürətli futbolçuları var. Bizimlə matçda sürətli əks-hücumlara üstünlük vermələrini gözləyirik.


Bizə bu yolla problem yaratmağa çalışacaqlar. Ümid edirəm ki, hər iki komanda matçı izləməyə gələn azarkeşlərə baxımlı oyun nümayiş etdirə biləcək”, - baş məşqçi jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, millinin Banqladeşlə matçı sabah keçiriləcək. Azərbaycan millisi ilk görüşdə Malayziyanı 2:0 hesabı ilə məğlub edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO