İspaniya La Liqasında ardıcıl üç heç-heçədən sonra liderliyi “Barselona”ya təhvil verən “Real”ın baş məşqçisi Xabi Alonsonun gələcəyi sual altına düşüb.
Bizim.Media xəbər verir ki, “The Athletic”in məlumatına görə, "kral klubu"nun daxilində fikir ayrılıqları yaranıb.
Bəzi futbolçular mütəxəssisin metodlarına şübhə ilə yanaşsalar da, bir qrup oyunçu uğursuzluğun səbəbini baş məşqçidə görmür. Bundan başqa, komandadakı problemlərin kökündə Mbappe, Vinisius və Bellinqem kimi futbolçuların taktiki uyğunsuzluğu da səbəblərdən biri olaraq göstərilir.
İspaniyalı mütəxəssis üçün qarşıdakı oyunların, xüsusilə “Atletik”lə matçın həlledici olacağı bildirilir.
Qeyd edək ki, son olaraq “Jirona” ilə 1:1 hesablı heç-heçə edən Madrid təmsilçisi turnir cədvəlində ikinci pilləyə geriləyib.
Bizim.Media



























































































