İstanbul derbisi: “Fənərbağça” “Qalatasaray”a qarşı

İstanbul derbisi: “Fənərbağça” “Qalatasaray”a qarşı

Hazırda oxunan: İstanbul derbisi: “Fənərbağça” “Qalatasaray”a qarşı

583224

Bu gün futbol üzrə Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək.

Bizim.Media xəbər verir ki, XIV tura təsadüf edən matçda “Fənərbağça” doğma meydanda “Qalatasaray”ı qəbul edəcək. 

“Şükrü Saracoğlu” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Prinsipial görüşü Yasin Kol idarə edəcək.
 

Komandalar indiyədək Superliqa tarixində 136 dəfə üz-üzə gəlib. Bu matçların 53-də "sarı-lacivərdlilər", 38-də isə "sarı-qırmızılar" qalib gəlib. 45 görüş heç-heçə ilə başa çatıb.


Qeyd edək ki, hazırda turnir cədvəlində “Qalatasaray” 32 xalla birinci, “Fənərbağça” isə 31 xalla ikinci pillədə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO