Bu gün I Liqanın 9-cu turu çərçivəsində“ASCO Arena”da keçirilmiş “Səbail” - “Cəbrayıl” oyunundan sonra Bayıl təmsilçisinin İdarə Heyətinin iclası keçirilib.
Bizim.Media xəbər verir ki, toplantıda İdarə Heyətinin üzvləri ilə yanaşı, klubun məşqçi heyəti də iştirak edib.
İclasda mövsümün əvvəlindən bu günə qədər keçirilmiş oyunların nəticələri müzakirə olunub, müsbət və mənfi məqamlar qeyd olunub.
İclasda baş məşqçi Elvin Məmmədovun hesabatı dinlənilib. Toplantının sonunda Elvin Məmmədovun istəyinə əsasən baş məşqçi və köməkçiləri ilə klub arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Rəşad Rafiqoğlu, Bizim.Media






























































































