“Qarabağ” bu göstəriciyə görə Çempionlar Liqasında LİDERDİR

“Qarabağ” bu göstəriciyə görə Çempionlar Liqasında LİDERDİR

Hazırda oxunan: “Qarabağ” bu göstəriciyə görə Çempionlar Liqasında LİDERDİR

582651

“Qarabağ” UEFA Çempionlar Liqasının cari mövsümündə ən çox cərimə zərbəsi qazanan komandadır.

Bizim.Media UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionu Liqa mərhələsinin 5 matçında ümumilikdə 87 dəfə bu imkanı əldə edib.

Bu baxımdan ikinci sıranı 4 komanda bölüşür. Onlardan biri də turnirin autsayderi və “Qarabağ”ın növbəti rəqibi “Ayaks”dır. Niderlandlılar, həmçinin “Vilyarreal”, “Arsenal” və “Atletik” 79 cərimə zərbəsi yerinə yetirib.

Ağdamlıların müdafiə olunmaqda da fərqləniblər. Belə ki, komanda rəqibdən top “oğurlama”da üçüncüdür. Təsadüfi deyil ki, futbolçular 227 dəfə itirilən topu geri qaytarıblar. Qurban Qurbanovun yetirmələri bu baxımdan yalnız “Atletik” (257) və “Union”dan (246) geri qalır.
 

“Napoli” ilə son oyunda penalti dəf edən “Qarabağ”ın qapıçısı Mateuş Koxalski cari mövsüm turnirdə bunu bacaran 7 qolkiperdən biridir. Polşalı ilə yanaşı, “Kayrat”, “Olimpik” (Marsel), “Slaviya”, “Brügge”, “Atalanta” və “Vilyarreal”ın qapıçısı də bir dəfə penalti duelindən qalib ayrılıb.


“Qarabağ” həmçinin oyun intizamında da fərqlənir. Çempionumuz liqa mərhələsində ən çox cəriməyə məruz qalan komandadır. Rəqiblər 80 dəfə ağdamlıların qarşısını kobudluqla alıblar. İkinci sıradakı “Vilyarreal” 74, üçüncü yerdəki “Arsenal” isə 70 dəfə kobudluğa məruz qalıb.

Qeyd edək ki, Çempionlar Liqasının ilk 5 turunda “Qarabağ” 7 xal toplayıb. Bu statistikalarda dünən baş tutan oyunlar nəzərə alınmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO