"Onları Messi və Ronaldo ilə müqayisə etmək doğru deyil"

"Onları Messi və Ronaldo ilə müqayisə etmək doğru deyil"

Hazırda oxunan: "Onları Messi və Ronaldo ilə müqayisə etmək doğru deyil"

582577

“Çelsi”nin baş məşqçisi Enzo Mareska gənc futbolçuların Ronaldo və Messi ilə müqayisə olunmasına etiraz edib.

Bizim.Media xəbər verir ki, mütəxəssis bu barədə Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda “Barselona”ya qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

O, Estevao Villian və Lamine Yamal kimi gənc istedadların Kriştiano Ronaldo və Lionel Messi ilə müqayisə edilməsinin doğru olmadığını bildirib.
 

O, bu cür müqayisələrin gənc oyunçular üzərində böyük təzyiq yaratdığını, onların isə sadəcə futboldan zövq almalı olduqlarını vurğulayıb.


Qeyd edək ki, bu qələbədən sonra xallarını 10-a çatdıran London təmsilçisi turnir cədvəlində 5-ci, 7 xalı olan “Barselona” isə 15-ci pillədə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO