Türkiyənin "Qalatasaray" klubu ciddi itki ilə üzləşib.
Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi İsmail Yakobs sıradan çıxıb.
Seneqallı futbolçu UEFA Çempionlar Liqası Liqa mərhələsinin 5-ci turunun "Yunion Sent-Jilluaz"la matçında zədələnib. 26 yaşlı sol cinah müdafiəçisi "Fənərbaxça"ya qarşı keçiriləcək İstanbul derbisində iştiraak etməyəcək.
İsmail Yakobs bu mövsüm "sarı-qırmızılar"ın heyətində 17 rəsmi matçda meydana çıxıb.
Qeyd edək ki, "Fənərbaxça" - "Qalatasaray" qarşılaşması 1 dekabr tarixində keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
































































































