“Liverpul”un əfsanəsi İŞSİZ QALDI

“Liverpul”un əfsanəsi İŞSİZ QALDI

Hazırda oxunan: “Liverpul”un əfsanəsi İŞSİZ QALDI

582556

"Liverpul"un əfsanəvi kapitanı Stiven Cerrardın gələn ilin aprelinə qədər hər hansısa Britaniya klubuna rəhbərlik etməyəcəyi gözlənilir.

Bizim.Media xəbər verir ki, mütəxəssisin fəaliyyətinə fasilə verməsi vergi qanunvericiliyi ilə əlaqəlidir.
 

Belə ki, yanvarda Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubundan ayrılan Cerrard yaz fəslinə qədər Böyük Britaniyada işə başlayarsa, Səudiyyə Ərəbistanındakı qazancının 45 faizini vergi kimi ödəmək məcburiyyətində qalacaq.


Qeyd edək ki, adı son vaxtlar “Midlsbro” və sabiq komandası “Reyncers”lə hallanan ingiltərəli çalışdırıcı maliyyə itkisinə yol verməmək üçün müvəqqəti olaraq gələn təklifləri qəbul etməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO