Qazaxıstanın “Kayrat" klubunun baş məşqçisi Rafael Urazbaxtin UEFA Çempionlar Liqası fonunda (ÇL) komandası ilə “Qarabağ” arasında aparılan müqayisələrə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, mütəxəssis Danimarkanın “Kopenhagen” klubu ilə oyundan öncə təşkil olunmuş mətbuat konfransında verilən “Qonşu Azərbaycanı təmsil edən “Qarabağ” “Kopenhagen”i məğlub etməyi bacarıb və ümumilikdə bu mövsüm yaxşı nəticələr göstərir.
Onlarla edilən müqayisələr sizi təzyiq altına salır?” sualına belə cavab verib:
“Doğrudur, “Qarabağ”ın bu mövsüm ÇL-də göstərdiyi nəticələr diqqət çəkir.
Rəqibimiz “Kopenhagen”ə qalib gəlib. Lakin biz bu müqayisələrə fikir vermirik. Bunlar daha çox mətbuatın formalaşdırdığı fikirlərdir. Hamı istəyir ki, biz də “Qarabağ” kimi xallar toplayaq. Bizdən bunu tələb edirlər. Amma futbol həmişə sürprizlərlə doludur. Biz pozitivə köklənmişik və maksimum nəticə üçün meydana çıxacağıq”.
Qeyd edək ki, "Kopenhagen" - "Kayrat" matçı bu gün Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Aktivində 1 xalı olan Qazaxıstan klubu turnir cədvəlində 35-ci pillədə yer alıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
14:07 / 26.11.2025
“Kayrat”ın baş məşqçisi: Hamı istəyir ki, biz də “Qarabağ” kimi xallar toplayaq
Hazırda oxunan: “Kayrat”ın baş məşqçisi: Hamı istəyir ki, biz də “Qarabağ” kimi xallar toplayaq
Hazırda oxunan: “Kayrat”ın baş məşqçisi: Hamı istəyir ki, biz də “Qarabağ” kimi xallar toplayaq
582480
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































