“Qarabağ” “Napoli”yə məğlub oldu – VİDEO

“Qarabağ” “Napoli”yə məğlub oldu – VİDEO

Hazırda oxunan: “Qarabağ” “Napoli”yə məğlub oldu – VİDEO

582408

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində V tur çərçivəsində səfərdə “Napoli” ilə qarşılaşıb.

Bizim.Media “Stadio Diego Armando Maradona”da baş tutan oyun Azərbaycan təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Matçın ikinci hissəsində ev sahibləri ardıcıl qollarla üstünlük əldə ediblər.

66-cı dəqiqədə Skott Maktominey “Napoli”ni hesabda önə çıxarıb. 72-ci dəqiqədə isə “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç avtoqola imza ataraq fərqi iki topa çatdırıb.

Bu nəticə ilə “köhlən atlar” cari mövsümdə Liqa mərhələsində ikinci dəfə məğlub olublar.

Qeyd edək ki, Qurban Qurbanovun komandası növbəti oyununu 10 dekabrda Bakıda Niderland təmsilçisi “Ayaks”a qarşı keçirəcək. 



Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO