Azərbaycan millisində koronavirusa KÜTLƏVİ YOLUXMA

Azərbaycan millisində koronavirusa KÜTLƏVİ YOLUXMA

Hazırda oxunan: Azərbaycan millisində koronavirusa KÜTLƏVİ YOLUXMA

58238

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasında kütləvi yoluxma qeydə alınıb.

Bizim.Media xəbər verir ki, komandada 6 futbolçu, 1 nəfər məşqçi və inzibati heyət üzvündə koronavirus aşkarlanıb.

Həmin futbolçular bunlardır: Adəm Topalov, Həmzəli Mikayılov, Eşqin Əhmədov, Hacıəli Şirəliyev, Murad Məmmədov, Sənan Ağalarov. Yoluxan məşqçi isə Aslan Kərimov və inzibatçı Ehtiram Abbasovdur.

Bununla əlaqədar millinin toplanışı və səfəri ləğv olunub.

Qeyd edək ki, U-18 komandası fevralın 3-dən 14-dək Belarusun paytaxtı Minskdə təşkil ediləcək beynəlxalq turnirdə iştirak etməli idi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO