Azərbaycanın U-19 millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ilk matçına çıxıb.
Bizim.Media xəbər verir ki, yığmamız Sloveniya ilə üz-üzə gəlib.
Görüş Şimali Makedoniyanın Strumitsa şəhərindəki Kukuş stadionunda keçirilib. Oyunda millimiz 0:2 hesabı ilə uduzub.
Qeyd edək ki, B Liqasının 5-ci qrupunda yer alan Azərbaycan millisi növbəti matçını noyabrın 28-də Şimali Makedoniyaya qarşı keçirəcək.
B Liqası, 5-ci qrup
Sloveniya U-19 - Azərbaycan U-19 - 2:0
Qollar: Omerza, 2, Prelovsek, 31
Estoniya - Şimali Makedoniya - 0:2
Bizim.Media































































































