Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin beşinci turunda "Qarabağ" növbəti oyununa çıxacaq.
Bizim.Media xəbər verir ki, təmsilçimiz səfərdə İtaliyanın "Napoli" klubu ilə üz-üzə gələcək.
"Dieqo Armando Maradona" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə gecəyarısında start götürəcək.
Qeyd edək ki, dörd turdan sonra "Qarabağ" yeddi xalla 15-ci, "Napoli" isə dörd xalla 24-cü yerdədir.
Xatırladaq ki, "Qarabağ" növbəti oyununu dekabrın 10-da doğma meydanda "Ayaks" klubuna qarşı keçirəcək.
26 noyabr
UEFA Çempionlar Liqası
V tur
Saat 00:00, "Napoli" - "Qarabağ".
Bizim.Media


































































































