Portuqaliya millisinin və “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldonun bioloji yaşı müəyyənləşib.
Bizim.Media xəbər verir ki, “Whoop” şirkətinin apardığı araşdırmaya görə, 40 yaşlı futbolçunun fiziki göstəricilərinin 28 yaşa uyğun olduğu ortaya çıxıb.
Təcrübəli hücumçu sosial şəbəkə hesabında nəticəni “Rəqəmlər yalan danışmır” şərhi ilə paylaşıb.
Qeyd edək ki, bu yaxınlarda karyerasındakı 954-cü qolunu vuran Ronaldo dünya futbolunun ən məhsuldar oyunçusu adını qoruyur.
Bizim.Media
































































































