“Barselona” klubu hücum xəttini gücləndirmək məqsədilə “Çelsi”nin futbolçusu Pedro Netonu transfer etmək niyyətindədir.
Bizim.Media xəbər verir ki, Kataloniya təmsilçisi komandanı tərk etmə ehtimalı olan Rafinyanın yerinə portuqaliyalı cinah hücumçusunu əsas namizəd olaraq dəyərləndirir.
Məlumata görə, klubun idman direktoru da futbolçunun oyun tərzini bəyənir və bu keçidi dəstəkləyir.
Qeyd edək ki, Pedro Netonun London klubu ilə müqaviləsi 2031-ci ilə qədər qüvvədədir.
Cari mövsümdə 16 oyuna çıxıb, 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizim.Media
































































































